Sürətli yeməyin zərərləri

Şübhəsiz ki, düzgün qidalanmamaq bütün sağlamlıq problemlərinin başında gəlir. Gündəlik həyatda edilən səhv davranışlardan biri də sürətllə yemək yeməkdir. Yeməyi sürətlə yemək bir çox insanın bilmədən etdiyi, ciddi zərərləri olan pis bir qidalanma vərdişidir.

Bu səhv qidalanma vərdişi artıq çəki və reflüks kimi bir çox xəstəliyə səbəb ola bilir. Sürətlə yemək yemək həzm sistemi başda olmaqla bütün maddələr mübadiləsində zərərli nəticələrə səbəb olur.

Sürətlə yemək yedikdə mədənin və beynin üzərindəki toxluq hissini təmin edən mərkəzlərin arasında əlaqə müddətində gecikmə yaşanır. Yəni, insanlar sürətlə yemək yedikdə toxluq hissini çox gec hiss edirlər və daha çox yeyirlər. Bu halda insanın aldığı kalori artıq olur və nəticədə artıq çəki problemləri yaranır.
Davamı →

Dondurulmuş qidalar zərərlidirmi?

Dondurma prosesində qidaların iy, dad və ya qida dəyərində heç bir dəyişiklik olmadığı üçün qidaları saxlamaq üçün ən yaxşı üsullardan biri dondurmaq hesab olunur.

Dondurulmuş qidaların müsbət cəhətləri:
— Təbii halda qorunduqları üçün daha faydalıdır.
— Lazımi şərtlər yerinə yetirildikdə uzun müddət saxlamaq mümkündür.
— Yuyulub, təmizlənmiş halda olduğu üçün istifadə edərkən çox vaxt sərf edilmir.
Davamı →

Bu qida ölüm riskini azaldır

Çinli alimlərin fikrincə, balıq və digər omeqa-3-polidoymamış yağ turşuları ilə zəngin qidaların yeyilməsi bütün səbəblərdən baş verə biləcək ölümləri azaltmağa kömək edir.

Tədqiqatçılar yağ turşularının insan metabolizmasında fəal iştirak etdiyini xatırladırlar. Belə məhsulların qəbul edilməsi xolesterini azaldır, antidepresantların effektivliyini artırır.

16 il davam edən araşdırmada 420 min insan (240729 kişi və 180580 qadın) iştirak edib. Orta hesabla kişilər gündə 15 qram, qadınlar təxminən 11 qram balıq yeyib. Bu müddətdə ərzində 54 min kişi və 31 min qadın ölüb.

Ekspertlər qeyd edirlər ki, bu müddət ərzində kişilər arasında ürək-damar xəstəliklərindən ölüm halları 10 faiz, qaraciyər xəstəliklərindən ölüm halları 37 faiz azalıb. Qadınlarda Altsheymer xəstəliyindən ölüm halı 38 faiz azalıb.
Davamı →

Qarpızı ilıq yemək faydalıdır

Yayın sevimli deserti olan qarpız adətən soyuq yeyilir. Lakin mütəxəssislər bunu düzgün hesab etmir.

Diyetoloqlar kəsilməmiş qarpızı ev temperaturunda saxlamağı və yeməyi tövsiyə edir. Məsələ burasındadır ki, ev temperaturunda qarpızda yetişmə prosesləri sürətlənir və bunun nəticəsində faydalı maddələrin miqdarı artır. Bu xüsusilə karotinoidlər və likopinə aidir.

Karotinoidlər orqanizmdə ən güclü antioksidant olan A vitamininə çevrilir. Bu vitamini orqanizmi sərbəst radikalların təsirindən qoruyur, bizi cavan saxlayır, gözəl dəri və yaxşı görmə üçün çox vacibdir.

Davamı →

Yeməkdən sonra bunları etməyin

Bir çox insan yeməkdən sonra uzanır, film izləyir yaxud yatır. Ancaq yeməkdən sonra bunları etmək sağlamlığa mənfi təsir edir. Yeməkdən sonra bunları etməyin:

Yatmaq
Əgər insan yeməkdən dərhal sonra yatmağa uzanırsa qarın köpü mümkünlüyü artır. Araşdırmalara əsasən, yatmağa çox qalmış yeyən insanlarda insult riski aşağıdır. Yatmağa bir neçə saat qalmış yemək məsləhətdir.
Davamı →

İş yerində qidalanma

İş yerində çox zaman çayla şirniyyat və ya konfetlə aclıq hissini basdırmağa çalışırıq. İş yerində sizin üçün həm dadlı həm faydalı olan atışdırmalıqlar olaraq aşağıdakıları məsləhət görürəm:

Kənd qatığı doyurucu qida məhsuludur. Şirin olmayan və konservantsız yoqurt da uyğun atışdırmalıqdır.

Qara düyü, bulqur, kinoa, çia, arpa yarması qlikemik indeksi aşağı olan məhsullardır və uzun müddətlik toxluqhissi verir.
Davamı →

Sağlam qida yoxdur


Veysman İnstitutunun yəhudi alimləri 800 könüllü üzərində qanda şəkərin səviyyəsini ölçüb və bir maraqlı nəticəyə gəliblər.

Araşdırmanın nəticələrinə görə, İsraildə Veysman İnstitutunun alimləri qeyri-adi araşdırma aparıb. Alimlər bir neçə il ərzində 800 nəfərdən ibarət könüllülər qrupunu izləyiblər. Eksperiment iştirakçıları iki qrupa bölünüb. İlk qrup yalnız sağlam qidalar qəbul edib, ikincilər isə sağlam hesab edilməyən məhsullarla qidalanıb: Yarımfabrikatlar, çipsi, qazlı içkilər, dondurulmuş məhsullar və s (bütün tədqiqatda təxminən 47 000 məhsul cəlb edilib).
Davamı →

Qlikemik indeks nədir?

Qlikemik indeks – hər hansı bir məhsulun qəbulu zamanı qanda qlükozanın səviyyəsinin yüksəltmə dərəcəsidi. Etalon olaraq şəkərin indeksi götürülür və 100% – ə bərabərdir. Qlikemik indeksi 60% dən çox olan məhsullar – yüksək qlikemik indeksli məhsullar hesab olunur.

Bundan başqa – İnsulin indeksi anlayışı da var.

İnsulin indeksi – hər bir məhsulun qəbulu zamanı insulinin səviyyəsinin yüksəlmə dərəcəsidir. Bir çox məhsullarda Qİ (qlikemik indeks) = İİ (İnsulin indeksi)

Davamı →

Yaponların qida mədəniyyəti

Uzunömürlülüyə görə, yaponlar mütləq rekordçulardır. Onlar həm də haqlı olaraq dünyanın ən arıq xalqlarından biri sayılır. Ölkə əhalisinin orta hesabla 3%-i artıq çəkidən əziyyət çəkir. Bu məsələdə yaponların qida mədəniyyətinin rolu az olmayıb. Yaponiyada hökumət tərəfindən rəsmən tövsiyə edən qida sistemi mövcuddur. Bu sistemi 2000-ci ildə bir neçə nazirlik hazırlayıb və o «Fırfıra» (populyar uşaq oyuncağının şərəfinə) kimi tanınır.

Bu yazıda sizi yaponların qidalanma sistemi ilə tanış edəcəyik:

«Fırfıra» qidalanma sisteminin əsas xüsusiyyəti odur ki, tərkibində aşağı miqdarda yağ olan karbohidratlar üstünlük təşkil edir. Həmçinin böyük miqdarda şəkər, duz, şirniyyat və içki məhsullarının istehlakını azaltmaq tövsiyə olunur.
Davamı →

Hansı yağda qızartmaq daha faydalıdır?

Alimlər yağda qızardılmış qidaları nadir hallarda istehlak etməyi tövsiyə edirlər.

Qızardılma zamanı ziyanlı maddələr (aldegid və s.) ifraz olunur ki, onlar ürək-damar sistemi xəstəliklərinin və xərçəngin riskini artırır. Bu hal istənilən yağdan (bitki, kərə və s.) istifadə etdikdə baş verir.

2015-ci ildə fransız alimlər xüsusi araşdırma aparıblar. Onlar müxtəlif yağlarda qızdırılma zamanı ifraz olunan ziyanlı maddələrin miqdarını təyin edirdilər. Məlum olub ki, bu mənada ən ziyansız zeytun və kərə yağlarıdır. Lakin hər bir halda bu yağlarda da qızardanda kanserogen maddələr əmələ gəlir.
Davamı →